Bakıda kütləvi davada öldürülən Ceyhun Mirağayevin oğlu Əli Mirağayev qaydasız döyüş (MMA) üzrə idmançıdır.
Oxu.Az-a istinadən, o, bir sıra beynəlxalq yarışların iştirakçısı və qalibi olub. Perspektivli idmançılardan biri sayılır.
Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür - Foto
Xatırladaq ki, Ceyhun Mirağayevin qətlə yetirilməsi ilə nəticələnən hadisə Xətai rayonu, Əhmədli qəsəbəsindəki "Ab Hava" restoranında qeydə alınıb.
23 oktyabrda gecə tərəflər arasındakı bıçaqlı davada bir nəfər həyatını itirib, bir neçə nəfərin yaralandığı bildirilir.