“Çahargah Ahəngi” hazırda “Voyager” kosmik aparatının, daha doğrusu, aparatlarının göyərtəsində fəzada səyahətdədir və artıq Yerdən 1 işıq günü, yəni 25,9 milyard kilometr uzaqlaşıb. Bəs Azərbaycan hələ SSRİ-nin tərkibində oluğu illərdə bizə məxsus musiqini kosmosa kim göndərmişdi?
1977-ci il. Karl Saqan “Voyager” zondlarının göyərtəsinə qoyulacaq musiqilərin siyahısını hazırlamaq üçün xüsusi işçi qrupu yaradır. Qrupun rəhbəri etnoqraf və musiqişünas Alan Lomaks idi.
Pley-list elə seçilməli idi ki, nə vaxtsa “Voyager” başqa bir sivilizasiyanın əlinə düşsə, bu misiqilər onlarda Yer sakinlərinin ruhu, mədəniyyəti, fəlsəfəsi haqqında təsəvvür yarada bilsin.
Alan Lomaksın arxivində dünyanın müxtəlif yerlərindən, o cümlədən SSRİ-dən toplanmış nadir musiqi valları mövcud idi. Onların biri də Kamil Cəlilovun "Melodiya" studiyasında yazılmış balaban ifası idi.
1 il əvvəl - 1976-cı ildə Kamil Cəlilov bu kompozisiyanı Manilada keçirilən Beynəlxalq musiqi müsabiqəsində ifa edərək mükafat qazanmışdı. Bəlkə bu faktın da qərara təsiri olub.
Genetik sensasiya: Azərbaycanın məşhur seyid nəsli gürcü mənşəli çıxdı
Karl Saqan və prodüser Timoti Ferris bu 2 dəqiqə 30 saniyəlik ifanı dinləyəndə heyran qalırlar. Və belə gəlirlər ki, bu musiqi yadplanetli sivilizasiyaya insan ruhunun kədərini, düşüncəsini və mənəvi dərinliyini sözsüz çatdıra biləcək ən təsirli nümunələrdən biridir.
Beləcə, balabanda ifa olunan Azərbaycan muğamı “Voyager”in diskinə yazılmış 27 musiqi parçasının arasında 15-ci yeri tutur. Ondan əvvəl Yaponiya fleyta musiqisi, sonra isə İqor Stravinskinin "Müqəddəs bahar" əsəri yazılıb.
Kamil Cəlilovun özünün bundan xəbəri yox idi. O, yalnız “soyuq müharibə” bitəndən sonra, 90-cı illərin axırlarında ifasının kosmosa göndərildiyindən xəbər tutur. Həmin vaxt Yerdən 11 milyard kilometr uzaqda olan “Voyager” hətta Plutonun orbitini də çoxdan keçmişdi.