ABŞ müdafiə naziri Pit Heqset Vaşinqton və Karakas arasında müdafiə əməkdaşlığı müqaviləsinin imzalandığını açıqlayıb.
Bu barədə Pentaqon rəhbəri Karakasda Venesuela Prezidentinin elçisi Delsi Rodrigezlə görüşü zamanı bildirib.
O, ABŞ-nin Venesuela ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə sadiq olduğunu vurğulayıb.
“Bu gün müdafiə tərəfdaşlığımızı gücləndirmək üçün müqavilə imzalamaq imkanına görə minnətdarıq. Qarşılıqlı əlaqəmizi artırmağı səbirsizliklə gözləyirik”, – deyə Heqset bildirib.
Onun çıxışı yerli televiziya kanalları tərəfindən yayımlanıb.