Məhkəmə-tibbi ekspert Maykl Friman maliyyəçi Ceffri Epşteynin intihar etmədiyini, öldürülmüş ola biləcəyini iddia edib.
Axşam.az-a istinadən, ekspert aylarla Epşteynin dərc olunmamış fotolarını və yarılma protokollarını araşdırdıqdan sonra bu qənaətə gəlib.
Məlumatları ona Epşteynin qardaşı təqdim edib. Sənədləri və fotoları təhlil edən Friman rəsmi hesabatlarla görüntülər arasında uyğunsuzluqlar aşkar etdiyini bildirib.
“Xəsarətlərin xarakteri intihar versiyasına tam uyğun gələcək şəkildə təsvir olunub. Lakin fotolarda tamamilə fərqli mənzərə gördük”, – deyə ekspert bildirib.
Qeyd edək ki, Ceffri Epşteyn azyaşlı qızların cinsi istismarı və insan alveri ilə bağlı ittihamlarla gündəmə gəlib. O, 2019-cu ildə həbs olunub və məhkəmə prosesi davam edərkən kamerasında ölü tapılıb. 2019-cu ildə Nyu-Yorkun baş məhkəmə-tibbi ekspertiza idarəsi Epşteynin ölümünü rəsmi olaraq intihar kimi qiymətləndirib.