Avropa Komissiyası Ukraynaya daha 45 milyard avro həcmində maliyyə vəsaiti ayrılmasını təklif edib. Bu məbləğ daha əvvəl təsdiqlənmiş 90 milyard avroluq kreditə əlavə olaraq nəzərdə tutulur.
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıqlayıb.
Onun sözlərinə görə, əlavə vəsaitin 20 milyard avrosunun xəstəxanalar, məktəblər və digər mülki ehtiyaclara, 25 milyard avrosunun isə hərbi xərclərə yönəldilməsi planlaşdırılır.
Fon der Lyayen bildirib ki, Ukrayna krediti Rusiyadan təzminat aldıqdan sonra geri qaytarmalı olacaq.