Antalya, 17 noyabr, AZƏRTACBakı İqlim Fəaliyyəti Həftəsi Paris Sazişinin icrasını sürətləndirmək məqsədilə dünyanın aparıcı iqlim platformalarını birləşdirən İqlim Həftələri Təşkilatçılarının Birgə Bəyanatının imzalayanları sırasında yer alıb.AZƏRTAC xəbər verir ki, bəyanatı Bakı ilə yanaşı, Banqkok, Sidney, Nyu-York, London, Mumbay, Rio və San-Paulu iqlim həftələrinin təşkilatçıları, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi imzalayıb. Sənədi İqlim Çempionları Komandası və Sıfır Tullantı Forumu da dəstəkləyib.Təşkilatçılar COP30-da qəbul edilən Qlobal İqlim Fəaliyyəti Gündəliyinin altı tematik oxu çərçivəsində birgə fəaliyyət göstərmək niyyətindədirlər. Bəyanata əsasən, iştirakçı platformalar təcrübə mübadiləsi aparacaq, Mərakeş Tərəfdaşlığı ilə əməkdaşlıq edəcək, habelə Qlobal Cənubdan olan təşkilatçıların, yerli xalqların və gənclərin iştirakını genişləndirəcək. Əməkdaşlıq hər iqlim həftəsinin özünəməxsus kimliyini, formatını və regional kontekstini qoruyur və daha çox əlaqəlilik və ortaq təsir məqsədi daşıyır.Əməkdaşlığın məqsədi COP-lar arasında tempi qorumaq və COP 32-yə, eləcə də ikinci Qlobal Qiymətləndirməyə doğru ardıcıl yol xəritəsi formalaşdırmaqdır.Bəyanatı şərh edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üç il ərzində beynəlxalq əməkdaşlıq üçün möhkəm platformaya çevrildiyini qeyd edib. Onun sözlərinə görə, bu platformanın indi qlobal İqlim Həftələri əməkdaşlığının tərkib hissəsi olması bizim üçün böyük məmnunluq doğurur. Azərbaycanın qlobal iqlim gündəmində artan rolu beynəlxalq tərəfdaşlığı daha da gücləndirmək və iqlim öhdəliklərini konkret nəticələrə çevirmək əzmimizi möhkəmləndirir.Milli Məclisin deputatı, COP29-un İqlim Dəyişikliyi üzrə Yüksəksəviyyəli Çempionu, Bakı İqlim Fəaliyyəti Həftəsinin layihə rəhbəri Nigar Arpadarai öz növbəsində qeyd edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq əməkdaşlıq üçün möhkəm platformaya çevrilib. “Bu platformanın indi qlobal İqlim Həftələri əməkdaşlığının tərkib hissəsi olması bizim üçün böyük məmnunluq doğurur. Azərbaycanın qlobal iqlim gündəmində rolunun getdikcə artdığını görmək bizi ruhlandırır”, - deyə deputat vurğulayıb. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Antalya