Bakı, 17 noyabr, AZƏRTACDövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sayca altıncı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcə layihələrində müvafiq maliyyə təminatı yaradılıb.AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 17-də keçirilən iclasında çıxışı zamanı deyib. Nazir vurğulayıb ki, son səkkiz ildə 4 milyon vətəndaşı əhatə edən beş böyük sosial islahat zərfi icra olunub və bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil edib. Aparılan islahatlar nəticəsində isə minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, minimum pensiya və orta pensiya 2,9 dəfə artıb. Sosial müavinət və təqaüd xərclərinin maliyyələşməsinə ayrılan vəsait beş dəfə yüksəlib. “Əlavə olaraq, yaşayış minimumu 73 faiz, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi isə 2,3 dəfə artıb. İslahatlar əmək bazarına da öz müsbət təsirini göstərib. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 597 min və ya 48 faiz artıb. Ölkə üzrə əməkhaqqı fondu isə 3,5 dəfə artaraq əhalinin rifah halının yaxşılaşdırılmasına təsir göstərib.Qeyd etmək lazımdır ki, əhalinin sosial müdafiəsi və məşğulluğu istiqamətində həyata keçirilən islahatlar cari ildə də konkret nəticələrlə özünü göstərir. Belə ki, cari ilin 10 ayı üzrə pensiya ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 6,5 milyard manat, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 7,9 faiz artaraq 2,1 milyard manat təşkil edib.Bu dövrdə orta aylıq pensiya 10,3 faiz artaraq 596 manat, yaşa görə orta aylıq pensiya isə 10,1 faiz artaraq 634 manat olub. Pensiya ödənişlərinin orta aylıq əməkhaqqına nisbəti 51 faiz, yaşa görə pensiyada isə 54 faiz təşkil edib ki, bu da beynəlxalq əmək təşkilatının tövsiyə etdiyi 40 faizlik göstəricini üstələyib. Cari dövr üçün orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 1173 manata çatıb”, - deyə nazir bildirib.Anar Əliyev əmək və məşğulluq alt sisteminin məlumatlarına əsasən, ölkə üzrə əmək müqavilələrinin sayının ötən ilin eyni dövrünə nisbətən 1,2 faiz artdığına da diqqət çəkib: “Burada xüsusi vurğulamaq istədiyim məsələ məşğulluğun strukturunda özəl sektorun xeyrinə davamlı olaraq dəyişikliklərin baş verməsidir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 5,8 faiz və ya 59 min artıb. Həmçinin əmək və məşğulluq alt sisteminin məlumatına əsasən, ölkə üzrə əməkhaqqı fondu da cari il 8,5 faiz yüksəlib”. Fotoqraf - Aydın Məmmədov
Bu gün
163 xəbər bu gün
"İnter Mayami"nin hücumçusu Lionel Messinin anası Seliya Mariya Kuççittini İtaliyanın "Komo" klubunun yarımmüdafiəçisi Niko Pasa onun Argentina millisində Messinin varisi olduğunu söyləyib.
Süni intellektin hazırlanması üzrə ixtisaslaşan Amerikanın "Anthropic" şirkəti səhmlərin ilkin kütləvi yerləşdirilməsi (IPO) qiymətini bir səhm üçün 83 dollar səviyyəsində müəyyən edib. "Bloomberg"ə istinadən, bu barədə…
Bakı, 19 noyabr, AZƏRTAC Estoniya Parlamenti Rusiya ilə sərhədin bağlanması ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qanun layihəsini 37 nəfər dəstəkləyib…
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin arasında ilk üçtərəfli görüşün noyabrın 19-da Bakı vaxtı ilə təxminən saat 10:30-da keçirilməsi…
Böyük Britaniyanın ən iri müdafiə şirkəti “BAE Systems” rəqabətqabiliyyətliliyin artırılması proqramı çərçivəsində 1 070 iş yerini ixtisar etməyi planlaşdırır. İxtisarlar əsasən şirkətin…
Hörmüz boğazında hərəkət edən neft tankeri naməlum istiqamətdən raket atəşinə məruz qalıb
İran ordusu özünümüdafiə hüququ çərçivəsində regionda yerləşən iki ABŞ hərbi bazasındakı silah sistemlərini hədəfə alıb
"Nvidia" şirkətinin keçmiş rəhbəri Censen Huanqın çinli iş qadını Elis Huanqla restoranda şam yeməyi zamanı çəkilmiş fotosu Şanxaydakı restoranlardan birini gözlənilmədən məşhurlaşdırıb. İndi ziyarətçilər çay mənzərəli…
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ-nin Yunanıstandakı keçmiş səfiri Kimberli Gilfoylla bağlı ittihamları araşdırmaq üçün Afinaya gəliblər. Yunanıstanın "SKAI" telekanalına istinadən, FTB…
Bakı, 19 noyabr, AZƏRTAC ABŞ və Venesuela arasında yeni müdafiə və təhlükəsizlik müqaviləsi kəşfiyyat məlumatlarının mübadiləsini əhatə edir. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Karakasdakı…
Во время поездки на автомобиле телефон может сильно нагреться, даже если водитель использует его только для привычных задач. Об этом сообщает издание BGR, передает Day.Az со ссылкой на Gazeta.ru. Главная опасность для…
Kipr 2027-ci il iyulun 1-dən Şengen zonasına daxil ola bilər. Bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis açıqlayıb. Mitsotakisin sözlərinə görə, Afina Kiprin Şengen zonasına qoşulması ilə bağlı qərarın 2027-ci…
2035-ci ilədək dünyada müsəlmanların sayının 2.57 milyarda, xristianların sayının isə 2.52 milyarda çatacağı proqnozlaşdırılır.
Naxçıvan, 19 noyabr, AZƏRTAC Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində “Açıq mikrofon” layihəsi çərçivəsində keçirilən görüşdə NDU-nun rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikasının mədəniyyət…
Elektromobillərin təkərləri daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə orta hesabla 10-20 faiz daha tez aşına bilər. Rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin bu fərqin əsas səbəbləri kimi avtomobillərin daha…
Noyabrın 19-da Almaniyanın paytaxtı Berlində Ukraynaya dəstək verən “İstəklilər Koalisiyası”nın mühüm görüşü keçiriləcək. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib. Onun sözlərinə görə…
ABŞ, Rusiya və Çin liderləri Donald Tramp, Vladimir Putin və Si Cinpin arasındakı ilk üçtərəfli görüşün noyabrın 19-u Bakı vaxtı ilə təqribən saat 10:30-da keçirilməsi planlaşdırılıb. TASS-a istinadən, danışıqlar Çinin…
Xankəndi, 19 noyabr, AZƏRTAC Xankəndi şəhərində Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Futbol…
Aparıcı Rövşanə Ağasəfqızı özəl bağçaların fəaliyyətini tənqid edib.
Müqavilə ilə hərbi xidmətdə olan N.B. Sotkdakı hərbi hissədə ölüb. News24.az Ermənistan mediasına istinadla bildirir ki, ilkin məlumatlara görə, hərbçi özünü başından güllələyib. Onun Qavardan olduğu, atasının ölkə…
İsrail ordusu və ölkənin Daxili Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağında “sarı xətt”in qərbində HAMAS-a məxsus tunelin məhv edilməsi məqsədilə birgə əməliyyata başlayıb
İngiltərəli keçmiş futbolçu və sahibkar Devid Bekhemin təsis etdiyi "DB Ventures" şirkəti Almaniyanın "Coty" kosmetika şirkətinə qarşı Nyu-York Ali Məhkəməsində iddia qaldırıb.
Finlandiyanın Seynyayyoki şəhərində ölkənin ən nadir pişik cinslərindən biri olan likoy cinsinə mənsub dörd pişik yaşayır. Qeyri-adi görünüşlərinə görə bu pişiklər “pişik-canavar”…
Olqa Yuryeva
Hörmüzqan əyaləti
ABŞ Nümayəndələr Palatasındakı Respublikaçılar Partiyasının üzvləri ölkənin hərbi büdcəsi çərçivəsində Ukraynaya göstərilən yardımı azaltmağa çalışırlar. Bu haqda “NBC News” məlumat yayıb. Nəşrin məlumatına görə…
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumun nəticəsindən asılı olaraq istefa verəcəyini açıqlayıb. “Tert”ə istinadən xəbər verir ki, Paşinyan bu barədə parlamentdə sual-cavab sessiyası…
Almaniya tənzimləyici orqanları kredit təşkilatının daxili sənədlərinin genişmiqyaslı sızması fonunda "Deutsche Bank"la bağlı araşdırmaya başlayıb. "Handelsblatt" qəzetinə istinadən, bu barədə Hessen federal torpağının…
Estoniya parlamenti hökumətə Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamağı təklif edən qanun layihəsini ilk oxunuşda təsdiqləyib.
Böyük Britaniya şahzadəsi Harri Rusiya ilə mümkün müharibə zamanı ölkəsinin ordusunda xidmət etməyə hazır olduğunu açıqlayıb. Sasseks hersoqu bu barədə Lvovda verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, Avropa…
Polşa Prezidenti Karol Navrotski ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə qeyri-adi hədiyyə təqdim edib. Bu barədə Polşanın TVN24 telekanalı məlumat yayıb. Bildirilib ki, Navrotski Trampa kəhrəba ilə…
Bakı. Trend: “Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxıb. H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa” komandasının qonağı olan “ağ-qaralar”…