Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb

Sumqayıtda qadın binadan yıxılıb. Bu barədə Lent.az məlumat yayıb. Bildirilib ki, İlhamə Məmmədova yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Nəticədə qadın ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür....