Deputat: "Vəsait tükəndiyindən vəkillər ödəniş ala bilmirlər"

"Vəkillər Kollegiyasının 2026-cı ildə dövlət hesabına hüquqi yardım üçün təqdim etdiyi 13,5 milyon manatlıq proqnozun 9 milyon manata salınması nəticəsində bu ilin sentyabr ayından vəsait tükənib və vəkillər ödəniş ala bilmir".

Bunu deputat Bəhruz Məhərrəmov parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O keçmiş vəkil kimi hökumətdən bu məsələnin həllini xahiş edib.

“Bu məsələnin həllini və ümumilikdə hüquqi yardıma ayrılan vəsaitin artırılması məsələsinin mümkünlüyünə baxılmasını xahiş edirəm. Nəzərə alaq ki, əslində bu bütövlükdə ciddi iqtisadi yük yaradan məbləğ deyil”, - deputat qeyd edib.