Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub

Naxçıvan Muxtar Respublikasında idarəetmə sisteminin yenilənməsi istiqamətində köhnə normativ-hüquqi aktların ləğvi prosesi davam edir. Sentyabrın 23-dən noyabrın 11-dək Nazirlər Kabinetinin qəbul etdiyi 15 qərarla əvvəlki illərə aid ümumilikdə 180-dən çox qərar ləğv olunub.