Məktəblərdə siniflər bağlanır - Deputat narazıdır

"Doğum sayı illərdir azalır, məktəblərdə siniflər bağlanır və müəllimlər kənarda qalırlar".

Oxu.Az-a istinadən, bu fikirləri Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, bu, düşündürücü məsələdir:

"Təəssüf ki, bununla bərabər, siniflərdə uşaqların sayı bəzən çox olur. 35-40 şagirdin olduğu siniflər var. Gələcəkdə bölünmə getməlidir, bir sinifdə, məsələn, 18-20 nəfər oxusun. Bununla uşaqlar keyfiyyətli tədris ala bilərlər".