Estoniyanın Ukraynaya ayırdığı maliyyə yardımının məbləği açıqlandı

Estoniya hakimiyyəti Ukraynaya 6,5 milyon avro məbləğində əlavə yardım ayırmaq qərarına gəlib.

Bu barədə Baltikyanı ölkənin xarici işlər naziri Marqus Tsaxknaya istinadən Estoniyanın ERR dövlət teleradio şirkəti məlumat yayıb.

Onun sözlərinə görə, Tallin 4,5 milyon avronu Ukraynaya dəmir yolu lokomotivlərinin tədarükünə yönəldəcək.

Daha 2 milyon avro isə Ukraynanın bərpası və yenidən qurulmasına dəstək məqsədi daşıyan SPUR 2.0 proqramı çərçivəsində ayrılacaq.