DYP: Yol-nəqliyyat hadisələrinin 41,1 %-ni piyadavurma təşkil edir

Azərbaycanda yol-nəqliyyat hadisələrinin 41,1 %-ni piyadavurma təşkil edir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.Bildirilib ki, cari ilin 10 ayı ərzində piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb:"Bu da respublika üzrə ümumi yol qəzalarının 41,1 %-ni təşkil edir. Təkcə noyabrın 12-də Xəzər, Qaradağ və Ağsu rayonlarında sutkanın qaranlıq vaxtı törədilən qəzalarda 3 piyada həyatını itirib".DYP həmçinin bunun əsas səbəblərindən biri kimi məsuliyyətsiz sürücü amili ilə yanaşı, hələ də piyadalar arasında yolu istənilən yerdən keçmək alışqanlığı, ən sadə təhlükəsizlik qaydalarına biganə