Nazir müavininin oğlu rus blogerlə evlənir

20 yaşlı rusiyalı müğənni və bloger Avrora Kibanın bu gün toyu olacaq.

Rusiya mətbuatına istinadən, gənc bloger 36 yaşlı azərbaycanlı biznesmen Rüstəm Hacıyevlə ailə həyatı qurur.

Bildirilib ki, 8 ay əvvəl Rio-de Janeyroda tanış olan cütlüyün toy mərasimi bu gün Bakıda keçiriləcək.

Qeyd edək ki, Rüstəm Hacıyev Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur. (“Bakuinfo”)