Bakı, 13 noyabr, AZƏRTAC Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən ünvanlı dövlət dəstəyi tədbirlərinin səmərəliliyinin artırılması baxımından ev təsərrüfatlarının vəziyyəti haqqında dolğun və etibarlı məlumatların əldə edilməsi mühüm əhəmiyyət daşıyır.Ev təsərrüfatlarının uçotu ölkəmizdə ötən əsrin 40-cı illərindən kənd, 2012-ci ildən isə şəhər və qəsəbə yaşayış məntəqələrində inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən hər il aparılır. Uçot hər bir ev təsərrüfatı üzrə sorğu əsasında həyata keçirilir, məlumatlar ailələrin faktiki yaşayış və təsərrüfat vəziyyətinə uyğun qeydə alınır. Bu zaman təsərrüfatların istifadəsində və mülkiyyətində olan torpaq sahələri, əmlak və digər müvafiq göstəricilər nəzərə alınır.Qeyd edilməlidir ki, ev təsərrüfatlarının uçotu uzun illərdir tətbiq olunan ənənəvi uçot tədbiridir. Onun məqsədi əmlakın yoxlanılması və ya mülkiyyət hüquqlarının araşdırılması deyil, ölkə üzrə ev təsərrüfatlarının real vəziyyəti barədə dolğun məlumat bazasının formalaşdırılmasıdır. Əhalinin demoqrafik və sosial vəziyyətinin öyrənilməsinə xidmət edir Ev təsərrüfatlarının uçotu nəticəsində əhalinin yaşayış şəraiti, sosial təminatı, məşğulluğu və fərdi təsərrüfat fəaliyyəti, xüsusilə kənd təsərrüfatı ilə bağlı məlumatlar toplanır. Bu məlumatlar dövlət siyasətinin, o cümlədən sosial dəstək tədbirlərinin əhalinin real ehtiyaclarına uyğun planlaşdırılması və həyata keçirilməsi üçün mühüm informasiya mənbəyidir.Uçot məlumatları ölkədə demoqrafik vəziyyətin, əhalinin sayının və yaş strukturunun, ailə tərkibinin, habelə miqrasiya proseslərinin öyrənilməsinə imkan verir. Eyni zamanda, əhalinin faktiki yaşayış yerləri barədə məlumatların dəqiqləşdirilməsinə, daxili yerdəyişmə və urbanizasiya proseslərinin, kənd və şəhərlərdə məskunlaşma meyillərinin müəyyənləşdirilməsinə xidmət edir.Xüsusilə ucqar kəndlərdə əhali sayının və daimi yaşayış yerinin dəyişməsinin izlənilməsi baxımından bu məlumatlar əhəmiyyətlidir. Əhalinin faktiki sayı və yaşayış ünvanları barədə məlumatların dəqiqləşdirilməsi seçici siyahılarının aktuallaşdırılması və siyahıyaalma tədbirlərinin düzgün təşkili üçün də mühüm rol oynayır.Beləliklə, ev təsərrüfatlarının uçotu əhalinin faktiki sosial-demoqrafik mənzərəsinin müəyyənləşdirilməsinə, ölkədə baş verən demoqrafik dəyişikliklərin izlənilməsinə və gələcək inkişaf istiqamətlərinin daha düzgün proqnozlaşdırılmasına imkan verir. Regional inkişafın planlaşdırılmasında etibarlı informasiya mənbəyi Yaşayış məntəqələri üzrə sosial-iqtisadi vəziyyətin ətraflı öyrənilməsi regional inkişaf proqramlarının hazırlanmasına, sosial infrastrukturun təkmilləşdirilməsinə və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin real tələbat əsasında planlaşdırılmasına imkan yaradır. Bununla da dövlət resurslarından daha səmərəli istifadə üçün zəruri informasiya bazası formalaşır.Uçot məlumatları sosial müdafiəyə ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi, onların gəlir və məşğulluq vəziyyətinin qiymətləndirilməsi, eləcə də sosial xidmətlərə əlçatanlığının artırılması baxımından da əhəmiyyətlidir. Bu məlumatlar dövlət dəstəyinin ümumi meyarlar əsasında deyil, yaşayış məntəqələrinin və müxtəlif sosial qrupların konkret ehtiyacları nəzərə alınmaqla həyata keçirilməsinə şərait yaradır.Bu baxımdan, uçot məlumatları regionların inkişaf potensialının və mövcud problemlərinin müəyyənləşdirilməsinə, infrastruktur layihələrinin ehtiyaclara uyğun planlaşdırılmasına və dövlət investisiyalarının səmərəliliyinin artırılmasına mühüm töhfə verir. Ünvanlı sosial dəstəyin daha operativ təşkili Ev təsərrüfatlarının uçotunun elektronlaşdırılması və dövlət informasiya sistemləri ilə inteqrasiyası aidiyyəti dövlət qurumlarının aztəminatlı ailələr və onların sosial vəziyyəti barədə məlumatları operativ əldə etməsinə imkan verəcək. Nəticədə ünvanlı dövlət sosial yardımının və digər dəstək tədbirlərinin ehtiyacı olan şəxslərə yönəldilməsi daha səmərəli təşkil olunacaq.Bu yanaşma məlumatların əldə edilməsində kənar vasitəçilərə ehtiyacı aradan qaldıracaq, dövlət xidmətlərinə çıxışı asanlaşdıracaq və sosial dəstəyin birbaşa ehtiyac sahibi ailələrə çatdırılmasına şərait yaradacaq. Beləliklə, xidmətlərin keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması üçün əlavə imkanlar yaranacaq.Nəticədə sosial yardım mexanizmlərinin daha çevik və ünvanlı fəaliyyət göstərməsi, dövlət dəstəyinin həqiqətən ehtiyacı olan ailələrə çatdırılması və sosial ədalət prinsipinin gücləndirilməsi üçün əlverişli şərait formalaşacaq. Məşğulluq və ailə siyasətinin təkmilləşdirilməsinə töhfə Uçot nəticəsində əldə edilən məlumatlar əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, fərdi təsərrüfatların və kənd təsərrüfatı fəaliyyətinin dəstəklənməsi, gəlir mənbələrinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin hazırlanmasına da kömək edəcək.Bununla yanaşı, həmin məlumatlar gənclər, qadınlar və ailələrlə bağlı dövlət siyasətinin və müvafiq proqramların hazırlanması üçün əsas informasiya mənbələrindən biri olacaq. Qadınların məşğulluğunun artırılması, gənclərin iqtisadi və sosial imkanlarının genişləndirilməsi, demoqrafik inkişafın təşviqi istiqamətində tədbirlərin müəyyənləşdirilməsində uçot məlumatlarından istifadə ediləcək.Beləliklə, dövlət proqramlarının və sosial-iqtisadi layihələrin real ehtiyaclara uyğun planlaşdırılması, nəticələrinin qiymətləndirilməsi və əhalinin rifahına təsirinin artırılması üçün etibarlı informasiya bazası yaradılacaq.Bu məlumatlar əmək bazarında mövcud ehtiyacların müəyyənləşdirilməsi, əhalinin iqtisadi fəallığının artırılması və müxtəlif sosial qrupların potensialından daha səmərəli istifadə olunması baxımından da mühüm əhəmiyyət daşıyır. 2027-ci ildən uçot tam elektron qaydada aparılacaq Ev təsərrüfatlarının uçotunun rəqəmsallaşdırılması prosesi sadələşdirməklə yanaşı, vətəndaşların məlumat təqdim etməsi ilə bağlı inzibati yükünü də azaldacaq. Belə ki, əvvəllər yalnız sorğu yolu ilə toplanan məlumatların bir hissəsinin növbəti ildən dövlət informasiya sistemlərindən əldə edilməsi nəzərdə tutulur. Bu, eyni məlumatların vətəndaşlardan təkrar tələb olunmasının qarşısını alacaq, uçot prosesinin daha operativ və səmərəli təşkilinə imkan verəcək.2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu planşetlər vasitəsilə tam elektron qaydada həyata keçiriləcək. Məlumatlar vahid informasiya sistemində cəmləşdirilərək Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaq.Vətəndaşlar ev təsərrüfatlarına dair məlumatları ilə hər hansı sorğuya ehtiyac olmadan, proaktiv qaydada “mygov” platforması üzərindən “bir pəncərə” prinsipi əsasında tanış ola biləcəklər.Yeni sistemin tətbiqi uçot prosesində operativliyi, məlumatların dəqiqliyini və şəffaflığı artırmaqla yanaşı, dövlət xidmətlərinin rəqəmsal transformasiyasının genişlənməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. Fərdi məlumatların təhlükəsizliyi təmin olunacaq Uçot zamanı əldə edilən fərdi məlumatların işlənilməsi, istifadəsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçiriləcək. Məlumatların təhlükəsizliyinin və konfidensiallığının qorunması təmin olunacaq.Fərdi məlumatların qanunvericiliyin tələblərinə uyğun qorunması rəqəmsal uçot sisteminə ictimai etimadın formalaşması və vətəndaşların məlumatlarının təhlükəsizliyinin təmin edilməsi baxımından əsas şərtlərdən biridir.Beləliklə, ev təsərrüfatlarının uçotu yalnız məlumatların toplanması prosesi deyil, həm də əhalinin real ehtiyaclarının müəyyənləşdirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması, sosial müdafiənin gücləndirilməsi və dövlət resurslarının daha səmərəli bölüşdürülməsi üçün mühüm vasitədir.Uçotun nəticələri əsasında qəbul ediləcək qərarlar dövlət dəstəyinin hər bir ailənin faktiki vəziyyətinə uyğunlaşdırılmasına, vətəndaşların rifahının yüksəldilməsinə və ölkənin sosial-iqtisadi inkişafının daha düzgün planlaşdırılmasına xidmət edəcək. Ev təsərrüfatlarının uçotunun aparılması dövlət proqramlarının əhalinin real ehtiyacları, sosial-iqtisadi vəziyyəti və mövcud resurslar nəzərə alınmaqla daha düzgün və səmərəli planlaşdırılması üçün etibarlı informasiya bazası formalaşdıracaq. Bu məlumatlar dövlət dəstəyinin ünvanlılığını artırmağa, büdcə vəsaitlərinin daha məqsədyönlü bölüşdürülməsinə və regionların inkişafına dair qərarların faktiki göstəricilər əsasında qəbul edilməsinə imkan verəcək.Bu, eyni zamanda, əhalinin real sosial-iqtisadi vəziyyətini müəyyən etməyə imkan verəcək. Toplanan məlumatlar əsasında dövlət proqramları real ehtiyaclara uyğun hazırlanacaq, sosial dəstək tədbirləri daha düzgün ünvanlanacaq və dövlət resurslarından səmərəli istifadə təmin olunacaq.
Bu gün
1811 xəbər bu gün
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Oxçuoğlu (Voxçi) tarixi haqqında araşdırma hazırlanıb.
İspaniyanın Kordova Universitetinin alimləri B12 vitaminindən istifadə etməklə enerji istehsal edən və yenidən doldurula bilən təcrübə batareyası hazırlayıblar. Prototip sınaqlar zamanı 250-yə qədər doldurulma və boşalma…
Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib.Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul alması…
Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları…
Qafqaz və Mərkəzi Asiya ölkələri əmtəə ixracının şaxələndirilməsi səviyyəsinə görə dünya üzrə orta göstəricilərdən geri qalır. Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin baş…
İri infrastruktur və investisiya layihələrinin, o cümlədən Orta Dəhlizin inkişafı, həmçinin nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi Qafqaz və Mərkəzi Asiya ölkələri iqtisadiyyatlarının xarici şoklara qarşı…
Alimlər beynin emosiyaların emalında mühüm rol oynayan amigdala bölgəsinin hansı təcrübələrin uzunmüddətli yaddaşa çevriləcəyini müəyyənləşdirməyə kömək etdiyini üzə çıxarıblar. Araşdırma göstərib ki, bu proses yalnız…
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cnub-qərb küləyi əsəcək.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat…
Təranə Xəlilova vəzifəsindən azad edilib. Milli Kibertəhlükəsizlik Agentliyinin İnsan Resursları Departamentinin müdiri Təranə Xəlilova işindən azad edilib. Onun fəaliyyətində yol verdiyi nöqsanlarla əlaqədar işdən…
20 yaşlı rusiyalı müğənni və bloger Avrora Kibanın bu gün toyu olacaq. Rusiya mətbuatına istinadən, gənc bloger 36 yaşlı azərbaycanlı biznesmen Rüstəm Hacıyevlə ailə həyatı qurur. Bildirilib ki, 8 ay əvvəl Rio-de…
Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının (NTK) yeni tərkibinin ilk iclası keçirilib. Toplantını giriş sözü ilə açan komissiya üzvü Rey Kərimoğlu gündəlik barədə məlumat verib. O bildirib ki, ölkə…
“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Britaniya futbolundan bəhs edən “Day 1s” serialının istehsalına start verildiyini açıqlayıb. Bizim.Media xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım…
Xəbər verdiyimiz kimi noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində öz işinə başlayan “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısı qitənin gələcək təhlükəsizlik arxitekturası, iqtisadi rəqabət qabiliyyəti, enerji…
Azərbaycanda penitensiar sistemin optimallaşdırılması, cəzaçəkmə müəssisələrinin müasir standartlara uyğunlaşdırılması aktual məsələlərdən biridir. Bu baxımdan, Qarabağ bölgəsində belə müəssisənin olmaması diqqəti həm də…
Süni intellektin tədrisə təsiri, tələbələrin elmi fəaliyyətə cəlbi və məzunların əmək bazarına hazırlığı universitetlərin gündəliyində əsas yer tutur. Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a…
Azərbaycanda məktəblərin psixoloqlarla mövcud təminatı kifayət deyil. Hazırda hər 1000 şagirdə cəmi bir psixoloq düşür. Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin birgə iclasında…
BPAzəri–Çıraq–Dərinsulu Günəşli (AÇG) yataqlar blokunda neft hasilatının illik azalma tempi 2023-cü ildəki təxminən 12%-dən 2026-cı ilin noyabrına təxminən 3%-ə enib, BP bildirib. Layihənin operatoru BP azalmanın…
2026-cı ilin 10 ayında piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu ununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Qeyd olunub ki, bu göstərici respublika üzrə…
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib.O qeyd edib ki, noyabrın 12-də…
Azərbaycanda yol-nəqliyyat hadisələrinin 41,1 %-ni piyadavurma təşkil edir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.Bildirilib ki, cari ilin 10 ayı ərzində piyadaların vurulması ilə nəticələnən 384…
“Gənclərin ailə qurmağa marağı azalır”. Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının…
"Doğum sayı illərdir azalır, məktəblərdə siniflər bağlanır və müəllimlər kənarda qalırlar". Oxu.Az -a istinadən, bu fikirləri Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin…
İqlim dəyişikliyi Kür çayının su ehtiyatlarını və hövzəsindəki ekoloji tarazlığı ciddi təhlükə qarşısında qoya bilər. Asiya İnkişaf Bankın...
Azərbaycançılıq ideologiyası hər bir vətəndaşı ölkənin gələcəyinə şərik edən bir milli ideyadır. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Prezident İlham…
Azərbaycan yığması UEFA Millətlər Liqasında Lixtenşteynlə oyunda rahat qalibiyyət əldə edə bilər. Bu barədə "Report" millinin sabiq futbolçusu Əfran İsmayılov açıqlama verib. 38 yaşlı keçmiş yarımmüdafiəçi D Liqasının…
Bakı, 13 noyabr, AZƏRTAC Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən ünvanlı dövlət dəstəyi tədbirlərinin səmərəliliyinin artırılması baxımından ev…
Bakı, 13 noyabr, AZƏRTAC Türkiyə ilə Azərbaycan arasında qardaşlıq müdafiədən enerjiyə, nəqliyyatdan Türk dünyasının ümumi baxışına uzanan strateji müttəfiqliyə çevrilib. COP31-də Antalyadan verilən səmimiyyət görüntüsü…
Bakı, 13 noyabr, AZƏRTAC Bu ilin yanvar-oktyabr aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 14 milyard 288,8 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,2 faiz çox xidmət…
Bakı, 13 noyabr, AZƏRTAC Son illərdə Prezidentin birbaşa diqqət və qayğısı, həyata keçirilən proqramlar nəticəsində ölkədə 3600-dən çox məktəb ya tikilib, ya da əsaslı təmir edilib. AZƏRTAC xəbər verir ki, bunu elm və…
Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deputat, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova təhsilə…
“Bu gün sosial şəbəkələr populyarlıq üçün ən asan yoldur”. Bunu Yenicag.az-a açıqlamasında aktrisa Zülfiyyə Eldarqızı deyib. Aktrisa populyarlıqla sənətkarlığı səhv salanlara səslənib: “Sənətkar olmaq üçün yetişmək…
"Burda obyektiv səbəblər var, yəqin ki, Bakı, Sumqayıt və Abşeronda olan köç məsələsini biz başa düşürük. Eyni zamanda, valideynlərin istəkləri var, təbii ki, biz bunu idarə edə bilmirik. Mənim uşağım mütləq hansısa…
Cari ilin 10 ayı ərzində Azərbaycanda piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında...
Millət vəkili Naqif Həmzəyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında bildirib ki, deputatın…
Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deputat, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova təhsilə…
Axşam.az-a istinadən, "Sadakat Albora" obrazını canlandıran aktrisa Qonca Cilasun "Erol"u ifa edən həmkarı Barış Yalçınla sevgili olduğu bildirilib. Şayiələrə səbəb cütlüyün sosial şəbəkədəki qarşılıqlı bir-birilərinə…
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib. Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib. Raundun matçları iki günü əhatə edəcək. "Sabah" - "İmişli" matçı dekabrın 1-də, "Neftçi"…
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, oradakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq…
Rusiyadan çıxarılan milyard dollarlar hara gedir? Rusiyanın Ukraynaya qarşı müharibəsi uzandıqca Rusiyada mütəşəkkil cinayətkar dəstələrin sayı artır və bəzən bu cür dəstələrin fəaliyyəti yalnız müharibə ilə bağlı olduğu…
Bəzi dövlət qurumları və nazirliklər dünyanın nüfuzlu universitetlərində təhsil almış azərbaycanlı gənclərin ölkəyə qayıdaraq işlə təmin olunması prosesinə lazımi diqqət göstərmir, hətta…
Ağsu şəhərində içməli su probleminin həlli üçün İsmayıllı rayonu ərazisindən təxminən 7 kilometrlik su kəmərinin çəkilməsi, eləcə də bir sıra kəndlərin Bakı-Oğuz-Qəbələ su xəttinə…
Estoniya hakimiyyəti Ukraynaya 6,5 milyon avro məbləğində əlavə yardım ayırmaq qərarına gəlib. Bu barədə Baltikyanı ölkənin xarici işlər naziri Marqus Tsaxknaya istinadən Estoniyanın ERR…
Qafqaz və Mərkəzi Asiya ölkələri ilə Fars körfəzi dövlətləri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün logistikanın təkmilləşdirilməsi, ticarət və tənzimləyici maneələrin…
"İribuynuzlu heyvandarlıqda subsidiyadan yararlanmaq üçün qoyulan 50 baş cins və ya 100 baş mələz tələbi ləğv olunması təklif olunur".
Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib.
ABŞ Prezidenti Donald Tramp İranı hərbi yolla dərhal məhv etmək gücündə olduğunu, lakin Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin müraciəti əsasında gözləmə mövqeyi seçdiyini bildirib.
İri dövlət investisiya layihələri üçün 10 illik maliyyə öhdəliyi pasportu mexanizminin tətbiq olunması təklif edilir.