Belaruslu tennisçi Arina Sobolenko 2026-cı ildə sponsorlar üçün ən cəlbedici idmançı olub.
Bu barədə “SportsPro” məlumat yayıb.
İdmançı sərbəst güləş üzrə üçqat Olimpiya çempionu Eylin Qu və “Mayami Hit”in hücumçusu Yannis Adetokumbonu geridə qoyub.
Karlos Alkaras, Çarlz Lekler və Alisa Liu da sponsorlar üçün ən cəlbedici idmançıların ilk onluğuna daxil olublar. Maraqlıdır ki, ilk onluğa yalnız bir futbolçu – Erlinq Haaland daxil olub.
2026-cı ildə sponsorlar üçün ən cəlbedici 10 idmançı
Arina Sobolenko (tennisçi)
Eylin Qu (fristayl)
Yannis Adetokumbonu (basketbol)
Erlinq Haaland (futbol)
Karlos Alkaras (tennisçi)
Alisa Liu (fiqurlu konkisürmə)
Viktor Vembanyama (basketbol)
Aleksandr Zverev (tennisçi)
Çarlz Lekler (Formula 1)
Eniset Dibants (basketbol)
Maraqlıdır ki, Kriştiano Ronaldo reytinqdə 14-cü, Lionel Messi isə 27-ci yerdə qərarlaşıb.
Qeyd etmək lazımdır ki, qiymətləndirmə üç əsas meyara əsaslanırdı: brend gücü, potensial auditoriya və iqtisadi cəlbedicilik.
Ötən il “Ferrari” pilotu Lyuis Hemilton sponsorluq baxımından ən cəlbedici idmançı adını qazanmışdı.