Nazir müavini məktəblərdəki şagird sıxlığından danışdı

"Burda obyektiv səbəblər var, yəqin ki, Bakı, Sumqayıt və Abşeronda olan köç məsələsini biz başa düşürük. Eyni zamanda, valideynlərin istəkləri var, təbii ki, biz bunu idarə edə bilmirik. Mənim uşağım mütləq hansısa sinifdə və məktəbdə oxumalıdır. Ola bilər qonşu məktəbdə daha az sıxlıq var, amma ora uşağını göndərmir".

Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deputatların məktəblərdəki şagird sıxlığı ilə bağlı sualını cavablandırarkən deyib.

"Yəni, bu məsələ bir balaca mübahisəlidir. Amma qeyd etmək istərdim ki, son illərdə Bakı, Abşeron və Sumqayıtda sıxlıqla bağlı həll yollarımız var, yeni məktəblər tikilir".