Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Mən Vətən müharibəsi iştirakçısı, III qrup müharibə əlili, döyüşlərdə yaralanmış bir qazi olaraq Sizin qətiyyətli rəhbərliyinizlə qazanılmış tarixi Zəfərlə fəxr edirəm.

Siz xalqımızın Qarabağ həsrətinə son qoyaraq tarix yazdınız.

Bu böyük Qələbəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah şəhidlərimizə rəhmət eləsin!

Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Kənan Nağıyev, Vətən müharibəsi qazisi,

Azərbaycan Respublikası, Gəncə şəhəri.