Nazir müavininin oğlu bu gün rus blogerlə evlənir - FOTO

20 yaşlı rusiyalı müğənni və bloger Avrora Kibanın bu gün toyu olacaq.

Rusiya mediasına istinadən, gənc bloger 36 yaşlı azərbaycanlı biznesmen Rüstəm Hacıyevlə ailə həyatı qurur.

Bildirilib ki, 8 ay əvvəl Rio-deJaneyroda tanış olan cütlüyün toy mərasimi bu gün Bakıda keçiriləcək.

Qeyd edək ki, Rüstəm Hacıyev Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur.

Fotoda Rauf Hacıyev