Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi 8 Noyabr-Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin qətiyyətli rəhbərliyiniz, Ali Baş Komandanlığınız və qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə möhtəşəm Qələbə qazanıldı və tariximizə qızıl hərflərlə yazıldı.

Bu şanlı Zəfəri xalqımıza bəxş etdiyinizə görə Sizə təşəkkür edirəm.

Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayıram.

Zəfərimiz əbədi, Azərbaycanımız daim qüdrətli olsun!

Hörmətlə,

Şahin Əliyev, sahibkar,

Türkiyə Respublikası, İstanbul şəhəri.