Hörmətli cənab Prezident!
Sizi Zəfər bayramı münasibətilə səmimiyyətlə təbrik edirik.
Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində torpaqlarımız azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Bu Zəfər birliyimizin təntənəsidir.
Qarabağda həyata keçirilən quruculuq işlərinə görə Sizə minnətdarıq.
Uca Allahdan Sizə cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Yusif Şərifov,
Yeddinci Günün Adventistləri Dini İcmasının sədri,
Azərbaycan Respublikası, Gəncə şəhəri.