Bakı, 13 noyabr, AZƏRTAC Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 11-13-də Yunanıstanın paytaxtı Afinada keçirilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 18-ci İllik İclasında iştirak edib.Fonddan AZƏRTAC-a bildirilib ki, Yunanıstanın İnkişaf Fondunun (Hellenic Growth Fund) ev sahibliyi etdiyi tədbir "Geosiyasi ziddiyyətlər şəraitində suveren kapital" mövzusuna həsr olunub. Suveren fondların və beynəlxalq maliyyə institutlarının rəhbərlərinin, eləcə də investisiya sahəsi üzrə ekspertlərin iştirak etdiyi iclasda geosiyasi qeyri-müəyyənliyin və texnoloji inkişafın suveren fondların fəaliyyətinə təsiri müzakirə olunub.Tədbirin ilk günündə ARDNF-nin nümayəndələri SFBF-nin İdarə Heyətinin iclasında iştirak ediblər. İclasda forumun qarşıdakı il üçün fəaliyyət istiqamətləri və iş proqramı, həmçinin üzvlük və idarəetmə ilə bağlı məsələlər nəzərdən keçirilib.ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov "Geosiyasi ziddiyyətlər şəraitində suveren kapital" adlı panel sessiyasında Yunanıstanın "Hellenic Growth Fund", Kanadanın "Alberta Heritage Fund", İspaniyanın "COFIDES" fondlarının və Nigeriyanın Suveren İnvestisiya Qurumunun rəhbərləri ilə birgə çıxış edib. İsrafil Məmmədov dövlət büdcəsinə transfertlərin həyata keçirilməsi ilə gələcək nəsillər üçün milli sərvətin qorunması arasında tarazlığın saxlanılması, eləcə də qlobal iqtisadi mühitdə artan qeyri-müəyyənlik fonunda Fondun investisiya fəaliyyətinin təşkili barədə danışıb. O, maliyyə dayanıqlılığının təmin olunmasında investisiya portfelinin ayrı-ayrı hissələri üzrə aydın məqsədlərin müəyyənləşdirilməsinin, diversifikasiyanın və strateji tərəfdaşlıqların əhəmiyyətini qeyd edib. Eyni zamanda, İsrafil Məmmədov süni intellekt infrastrukturu sahəsində investisiya imkanlarının qiymətləndirilməsi zamanı uzunmüddətli risklərin nəzərə alınmasının vacibliyini vurğulayıb.ARDNF-nin Alternativ investisiyalar üzrə risklərin idarə edilməsi şöbəsinin müdiri Rəşad Rzayev isə "Dayanıqlılıq üzrə fəaliyyət çərçivəsi: dəyişikliklər şəraitində idarəetmə" adlı panel müzakirəsində iştirak edib. Fondun təcrübəsini təqdim edən Rəşad Rzayev ARDNF-nin portfelinin hansı hissəsinin likvid saxlanılacağını və hansı hissəsinin uzunmüddətli artım məqsədilə investisiya ediləcəyini necə müəyyənləşdirdiyini izah edib. O, həmçinin səmərəli idarəetmənin, normativ tələblərə riayət olunmasının və etibarlı uzunmüddətli tərəfdaşlıqların təşkilatın dayanıqlılığının təmin edilməsində, maraqlarının qorunmasında və beynəlxalq investisiya bazarlarına çıxış imkanlarının saxlanılmasında əhəmiyyətini diqqətə çatdırıb.İllik İclas çərçivəsində keçirilən səsvermənin nəticəsinə əsasən, SFBF-nin 2028-ci il İllik İclasının ARDNF-nin ev sahibliyi ilə Bakıda keçirilməsi qərara alınıb. Forumun təsisçi üzvlərindən biri olan ARDNF yarandığı dövrdən təşkilatın fəaliyyətində fəal iştirak edir. Santyaqo Prinsiplərinin qəbul edilməsinin iyirminci ildönümünə təsadüf edən 2028-ci il İllik İclası suveren fondlar arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və investisiyaların idarə olunması sahəsində beynəlxalq müzakirələrin davam etdirilməsinə töhfə verəcək.Afina səfəri zamanı ARDNF nümayəndə heyətinin Çin İnvestisiya Korporasiyasının (CIC) İdarə Heyətinin sədri Zhang Qingsong, İndoneziya İnvestisiya Qurumunun (INA) İcraçı direktoru Oki Ramadhana, Beynəlxalq Valyuta Fondunun (BVF) Baş direktorunun birinci müavini Dan Katz və Yunanıstanın İnkişaf Fondunun Baş icraçı direktoru Yannis Papakristu ilə ikitərəfli görüşləri də baş tutub. CIC və INA ilə görüşlərdə Çin–ASEAN İnvestisiya Proqramı və Çin–ASEAN Birgə İnvestisiya Şurası çərçivəsində əməkdaşlığın davam etdirilməsi, həmçinin Asiya bazarlarında yeni investisiya və birgə investisiya imkanları müzakirə edilib. BVF ilə görüşdə isə suveren fondların idarə olunması sahəsində mövcud yanaşmalar, Santyaqo Prinsiplərinin əhəmiyyəti və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Yunanıstanın İnkişaf Fondu ilə görüşdə qarşılıqlı əməkdaşlığın inkişafı və yeni investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb.2009-cu ildə yaradılmış Suveren Fondların Beynəlxalq Forumu suveren fondlar arasında əməkdaşlığın inkişafına, bilik və təcrübə mübadiləsinə, eləcə də qabaqcıl idarəetmə və investisiya təcrübələrinin təşviqinə xidmət edən beynəlxalq platformadır. Forumun fəaliyyətinin əsasını üzv qurumlar tərəfindən könüllü olaraq qəbul edilmiş 24 Santyaqo Prinsipi təşkil edir. Bu prinsiplər şəffaflığın, hesabatlılığın, səmərəli idarəetmənin və investisiya fəaliyyətində prudensial yanaşmanın təşviqinə yönəlib.
Bu gün
2295 xəbər bu gün
Rusiyanın “Zolotaya Korona” beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarından biri olan…
Mark Rutte Türkiyənin NATO-dakı strateji roluna diqqət çəkib / TRT Azerbaycan
Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit...
Hər birimizin rastlaşdığı belə vəziyyət olub: iş gününün ortasında əməkdaşlardan birinin qəfil halı pisləşir. Başgicəllənmə, halsızlıq, təzyiqin yüksəlməsi və ya aşağı düşməsi müşahidə ounur... Həmkarları kömək etmək…
“Ölkədə bir şagirdə düşən xərc orta hesabla 1700 manatdır”. “Qafqazinfo.az”a istinadən, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil…
Kristal ilə İsveçrənin tanınmış sanitar-texniki sistemlər istehsalçısı “Geberit” arasında əməkdaşlıq memorandumu imzalanıb. Yeni tərəfdaşlıq çərçivəsində “Geberit”in mühəndislik və sanitar həllərinin Kristalın şəhər…
Bəzən illərin xatirəsi, bəzən də sadəcə əlimiz gəlmədiyindən bəzi əşyaları ata bilmirik. Ona görə də evdə yığılıb qalır, həm yer tutur, həm də bəziləri öz köhnəliyi ilə ağırlıq gətirir. Onlardan çoxu pataloji olaraq…
SSRİ-nin ABŞ-yə nüvə zərbələri endirmək məqsədilə hazırladığı əfsanəvi Tu-95 strateji bombardmançı təyyarəsinin ilk uçuşundan 74 il ötür. Bizim.Media xəbər verir ki, 1952-ci il noyabrın 12-də ilk dəfə havaya qalxan bu…
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Tərcümə Mərkəzinin yerləşdiyi binanın yenidən mədəniyyət ocağı kimi istifadəsinə və quruma aid olmuş büdcənin AYB-yə qaytarılmasına dəstək istəyib. Anar bu müraciətlə…
İşğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni və dini abidələrlə yanaşı, milli adət-ənənələrin bərpası istiqamətində də işlər görülür. Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Mədəniyyət…
Külli miqdarda dələduzluqda ittihamı edilən, mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində qərar qəbul olunub. Nəsimi Rayon Məhkəməsində onlar…
Avant Group-un yeni çoxfunksiyalı "Caspi Yards" layihəsinin və onun diqqətçəkən memarlıq elementlərindən biri olan 44 mərtəbəli "Zəfər Qülləsi"nin təntənəli təqdimat mərasimi Marriott Boulevard Hotel-də keçirilib.
Kristal ilə İsveçrənin tanınmış sanitar-texniki sistemlər istehsalçısı "Geberit" arasında əməkdaşlıq memorandumu imzalanıb. Yeni tərəfdaşlıq çərçivəsində "Geberit"in mühəndislik və sanitar həllərinin Kristalın şəhər…
İngiltərə yığması qarşıdakı oyunları Mark Qehisiz keçirəcək. "Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin müdafiəçisi zədə səbəbindən milli komandaya kömək edə bilməyəcək. Futbolçu İngiltərə premyer-liqasının…
Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli…
Külli miqdarda dələduzluqda ittihamı edilən, mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində qərar qəbul olunub. Nəsimi Rayon Məhkəməsində onlar…
Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasından xaric edilib. Bu barədə VK Rəyasət Heyəti qərar verib.Bundan başqa, 2 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 3 vəkilə xəbərdarlıq…
Müğənni Aytac Vidadiqızının görünüşündəki dəyişiklik diqqətdən yayınmayıb. Sənətçi qısa müddətdə 28 kiloqram çəki itirdiyini açıqlayıb. O, "Sevilən səhər" verilişində qonaq olarkən artıq çəkidən necə xilas olduğunu…
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla…
“Nazirlərin çoxunun toyunu mən oxumuşam. Amma mən gedib onlardan külli miqdarda, cibimi dolduracaq pulmu almışam?” Bu sözləri “Astar TV”-nin efirində Əməkdar artist Firuzə İbadova deyib. Sənətçi…
Külli miqdarda dələduzluqda ittihamı edilən, mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində qərar qəbul olunub. Apa-ya istinadən, Nəsimi Rayon…
ABŞ-nin müharibə naziri Pit Heqset Naməlum Əsgər məzarı önündə güldüyünə görə ona və köməkçilərinə irad bildirən qarovulçu Tomas İqlesiası təltif edib. Heqset hərbçiyə təqdir medalı təqdim...
Vəkillər Kollegiyasından intizam pozuntularına görə 1 vəkil xaric edilib, 2 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və…
Bu ilin yanvar-sentyabr aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 91 layihə maliyyə ekspertizasına cəlb olunub. Bu barədə Maliyyə Nazirliyinin 9 aylıq hesabatında bildirilir. Sənədə əsasən, bunlardan…
Avropa Siyasi Birliyinin Dublində baş tutan 9-cu Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşün gündəliyi Azərbaycanla Ermənistan…
Rusiyanın Həştərxan vilayətində 11 saylı tam orta ümumtəhsil məktəbinin əsaslı yenidən qurulmasının və təhsil müəssisəsinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının verilməsinin 15 illiyinə həsr olunmuş…
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyard 104,7 milyon manat dəyərində mobil telefon rabitəsi xidmətləri göstərilib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Bildirilib ki, bu, ötən ilin 10 ayı…
Mərkəzi Asiya və Azərbaycan sənaye süni intellekti, data idarəetmə və rəqəmsal xidmətlər sahəsində əhəmiyyətli regional qovşağa çevrilmək imkanına malikdir. Bunu Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının sədri…
Türkiyə Suriyanın yenidən qurulması prosesində mənzil tikintisi, şəhərsalma, infrastruktur və ətraf mühitin idarə olunması sahələrində əməkdaşlığa hazırdır. Bunu COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və…
Xalq artisti Zabit Nəbizadə allergiyadan necə müalicə olunduğunu açıqlayıb.
"Microsoft" korporasiyasının fəaliyyətində yaranan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar zərər vura bilər. Bu barədə "The Guardian" nəşri yazıb. "RSM Australia" şirkətinin təhlükəsizlik sahəsi…
Türkiyə millisinin müdafiəçisi Ozan Kabak yığmanın düşərgəsini tərk edib. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu UEFA Millətlər Liqasının A Liqasında Belçikaya (1:2)…
"Doğum günümü təbrik edən insanlar çoxdur. Həm qohumlarım, həm dostlarım, tanışlarım, sənət yoldaşlarım mənə zəng edib, ürək sözlərini deyiblər. Dilarə Əliyevanı demirəm, o mənim evimin içidir. Murad Dadaşov sağ olsun…
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla…
Bakı, 13 noyabr, AZƏRTAC Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli yazıçı-dramaturqu Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb.Bu…