“Son vaxtlar Azərbaycan cəmiyyətində boşanmaların sayı sürətlə artır. Gənclərin ailə qurmağa marağı azalır, hesab edirəm bununla bağlı da biz ailələrə əlavə dəstək mexanizmləri barədə düşünməliyik”.
Bizim Media xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Digər bir narahatedici məsələ uşaqların qidalanması ilə bağlıdır, o da çox ciddi bir məsələdir. Hesab edirəm ki, bununla da bağlı müəyyən addımların atılmasına və proqramların hazırlanmasına ehtiyac var", - deyə deputat əlavə edib.
Günay Şahmar, Bizim.Media