Hörmətli cənab Prezident!
Sizi dövlətçilik tariximizin ən şərəfli və qürurverici səhifələrindən biri olan
Zəfər Günü münasibətilə təbrik edirəm. Bu şanlı Qələbəni Sizin qətiyyətiniz, möhkəm iradəniz, uzaqgörən siyasətiniz sayəsində əldə etdik. Allah Sizi dövlətimizin başından əskik etməsin!
Qarabağda sürətlə həyata keçirilən bərpa və yenidənqurma işləri də Sizin zəhmətinizin bəhrəsidir.
Sizin uğurlu siyasətiniz ölkəmizi gündən-günə inkişafa aparır və qüdrətləndirir.
Siz Müzəffər Ali Baş Komandan, qüdrətli sərkərdə, böyük diplomatsınız. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi Prezidenti var.
Vətən və xalq üçün gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq.
Allah Sizi qorusun!
Hörmətlə,
Elnur Mustafayev,
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.