PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya rusiyalı döyüşçü Usman Nurməhəmmədov və dostlarının Əbu-Dabidəki oteldə keçmiş UFC çempionu, gürcüstanlı Merab Dvalişvili və dostu Sabu Lazişviliyə hücumuna reaksiya verib.
Kvaratsxeliya sosial mediada yazıb:
“Merab Dvalişvili, Saba Lazişvili! Təşəkkür edirəm! Biz sizinləyik! Siz bir daha dünyaya gürcü olmağın, kişi və əsl insan olmağın nə demək olduğunu göstərdiniz.
“Sizi qorxutmağa çalışan, arxadan vuran, arxadan hücum edənlərdən fərqli olaraq, kişilər bunu etmirlər. Əlbəttə ki, bacarmadılar! Və bu, gürcülərlə heç vaxt işləməyəcək”.