Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda təxminən 2 kilometrlik üfüqi quyunun qazılması böyük nailiyyətdir.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov "AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar" tədbirində deyib.
Onun sözlərinə görə, açıq qravitasiya çınqıl paketinin (open gravel pack completion) tamamlanması və üfüqi quyunun uzunluğunun təxminən 2 kilometrə çatması belə bir prosesi idarə etməyi çətinləşdirir: "Buna görə də BP ilə birlikdə işlədik və təklif etdik ki, texnologiyanı Azərbaycana gətirsinlər və burada tətbiq etsinlər. ACG-də təxminən 2 kilometrlik üfüqi quyunun qazılması inanılmaz nailiyyətdir".