Azərbaycanda vergi borcları 2,5 milyard dollara çatıb

Bu il oktyabrın 1-nə Azərbaycanda vergi borcları 4 milyard 248 milyon manat (təxminən 2,5 milyard ABŞ dolları) təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir.

Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 939,2 milyon manat və yaxud 28,4 % çoxdur.

Son 1 ildə isə ölkədə vergi borcları 1 milyard 78,7 milyon manat və yaxud 34 % artıb.