Ukrayna Ali Radasının deputatı Maryana Bezuqla dünyada baş verən geosiyasi prosesləri şərh edərək üçüncü dünya müharibəsinin artıq başladığını iddia edib.
Onun sözlərinə görə, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlar yeni tarixi dövrün başlanmasına təkan verib.
Bezuqlanın fikrincə, hazırda dünyada süni intellektin inkişafı, robot texnologiyasının hərbi və digər sahələrdə tətbiqi, böyük dövlətlərin beynəlxalq münasibətlər sistemində yeni rolunun formalaşması və beynəlxalq hüquqa yenidən baxılması kimi proseslər baş verir.
Deputat hesab edir ki, üçüncü dünya müharibəsi əvvəlki müharibələrdən fərqli formada və fərqli sürətlə inkişaf edir.
“Biz artıq III dünya müharibəsindəyik. Sadəcə olaraq, hadisələr fərqli şəkildə, fərqli tempdə inkişaf edir”, – deyə Maryana Bezuqla vurğulayıb.