17 yaşında ailəsinə qarşı aclıq aksiyası keçirib: "38 kiloqrama düşdüm"

Məşhur aktrisa Demet Evqar gənclik illəri ilə bağlı etiraf edib.

Aktrisa qatıldığı televiziya proqramında konservatoriyaya girə bilmək üçün aclıq aksiyası keçirdiyini bildirib.

Aktrisalıq təhsili almaq üçün 17 yaşında ailəsini razı salmağa çalışan Evqar o dövrdə yaşadığı çətinlikləri belə xatırlayıb:

"Liseydən sonra konservatoriyada oxumaq istədim, amma atam "Başqa bir ixtisas seç" dedi. Mən də "İstəmirəm, biz demokratik ailəyikmi?" deyə soruşdum. O, "Bəli" cavabını verəndə isə "Onda etiraz hüququmdan istifadə edirəm" deyərək aclıq aksiyasına başladım.

Çəkim 38 kiloqrama qədər düşdü. Valideynlərim bir müddət sonra təslim oldular, amma bu səfər mən istəsəm də yeyə bilmirdim.

Sonradan özümü toparlayıb bir həftəyə 48 kiloqrama çıxdım, lakin saçlarım tökülmüşdü. Konservatoriya imtahanlarına pariklə girməli oldum".

Çoxuşaqlı ailədə böyüdüyünü qeyd edən aktrisa qızı Maviyə isti uşaqlıq mühitini yaşatmaq istədiyini vurğulayıb:

"Qızıma verə biləcəyim ən böyük miras ailə süfrəsidir. Həyat yoldaşım Levent də belə bir mühitdən gəldiyi üçün bunu birlikdə bacaracağımıza inanıram".

Xatırladaq ki, Demet Evqar və Levent Babataş cütlüyü 2022-ci ildə ailə həyatı qurub. Elə həmin il qızları Məvini qucağına alan aktrisa ilk dəfə ana olmağın sevincini yaşayıb.

Qalereya