Babək Hüseynov: "ACG-də 2 kilometrlik üfüqi quyunun qazılması böyük uğurdur"

Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda uzunluğu təxminən 2 kilometr olan üfüqi quyunun qazılması mühüm texnoloji uğur hesab olunur.

Bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov "AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar" tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, quyuda açıq qravitasiya çınqıl paketi (open gravel pack completion) texnologiyasının tətbiqi və üfüqi hissənin uzunluğunun təxminən 2 kilometrə çatdırılması mürəkkəb texniki prosesdir. Bu cür əməliyyatların idarə olunması xüsusi yanaşma və qabaqcıl texnologiyalar tələb edir.

Babək Hüseynov qeyd edib ki, bu məqsədlə BP ilə birgə fəaliyyət göstərilib və müvafiq texnologiyanın Azərbaycana gətirilərək yerli yataqda tətbiq olunması təklif edilib.

SOCAR rəsmisi AÇG-də təxminən 2 kilometrlik üfüqi quyunun qazılmasını yüksək texnoloji nailiyyət kimi dəyərləndirib.