“Vur, komandir vur!” – Məşhur hadisədən 12 il ötür

2014-cü il noyabrın 12-də Azərbaycan Ordusunun Ağdam istiqamətindəki mövqelərinə hücum edən Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş helikopterinin vurulmasından 12 il ötür.

Hadisə zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu İlkin Muradov “İqla-S” daşınan zenit-raket kompleksindən açılan atəşlə Ermənistan helikopterini məhv edib.

Helikopterin yerə düşərək partlaması nəticəsində Ermənistan ordusunun üç hərbçisi həlak olub.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə göstərdiyi şücaətə görə İlkin Muradov “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Qeyd edək ki, Azərbaycanda geniş yayılan “Vur, komandir vur!” ifadəsi məhz İlkin Muradovun erməni helikopterini vurduğu hadisə ilə bağlıdır.