“Namizəd olmayacam, sevinib bir-birinə xəbər verib muştuluq alarlar” - ANAR - ÖZƏL

“Yazıçılar Birliyinin qurultayı bizim nizamnaməyə görə hər 5 ildən bir keçirilir. Qurultayımız 2027-ci ildə keçiriləcək. Hansı ayda olacağı hələ ki, bəlli deyil”.

Bunu açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

O daha sonra əlavə edib:

“Bu dəfə namizədliyimi irəli sürməyəcəm. Söz vermişəm. Sözümün də üstündə duracam. Bir çox insan bilirəm ki, mənim oradan çıxmağımı gözləyir. Onları şadlandıracam. Sonra bir-birinə xoş xəbər verib, muştuluq alarlar”.

Qeyd edək ki, Anar 1991-ci ildən Yazıçılar Birliyinin sədridir.