Bakı, 13 noyabr, AZƏRTAC Ali təhsil üzrə dövlət sifarişi insan kapitalına büdcə investisiyasının əsas alətlərindən biridir. İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumlarının təkliflərini ümumiləşdirərək dövlət sifarişinə dair təklifləri Nazirlər Kabinetinə təqdim edir. AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin noyabrın 13-də keçirilən birgə iclasında deyib. O qeyd edib ki, bu təkliflər nəzərə alınmaqla 2026/2027-ci tədris ili üçün bakalavriat, magistratura, tibb təhsili və rezidentura üzrə ümumilikdə 38 mindən çox dövlət sifarişli yer müəyyən edilib. Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi təxminən 50 faizə yaxınlaşıb ki, bu də ölkə vətəndaşlarının pulsuz təhsil əlçatanlığının artırılmasına xidmət edir. Fotoqraf - Aydın Məmmədov