Ukrayna Liviyanın Benqazi şəhərində Rusiyanın "Merkuri" gəmisinə Avropa ilə koordinasiya olmadan əməliyyat keçirib.
Bu barədə Ukrayna Prezident Volodimir Zelenski məlumat yayıb .
O bildirib ki, bu gün İtaliyanın Baş naziri Giorgia Meloni ilə danışıb və onunla iş məsələlərini müzakirə edib.
"Liviyadakı son əməliyyatın avropalı tərəfdaşlarımızla əvvəlcədən əlaqələndirilmədən həyata keçirildiyini təsdiqləyirəm", - Zelenski vurğulayıb.
Prezident əlavə edib ki, Ukrayna iki ölkənin müvafiq departamentləri arasında bütün zəruri məlumatların mübadiləsini təmin etməyə, eləcə də birbaşa və effektiv ünsiyyəti qorumağa çalışır.
İtaliyanın xarici işlər naziri Antonio Tajani isə qeyd edib ki, Ukraynanın Liviyanın Benqazi şəhərindəki əməliyyatı müttəfiqləri ilə razılaşdırılmayıb.
Onun sözlərinə görə, heç bir koordinasiya olmayıb: "Ukraynalıların Liviyada nə etdikləri barədə heç kim heç nə bilmirdi".
Bundan əvvəl Zelenski "BBC News"a bildirib ki, Ukraynanın silahlı Rusiya gəmilərinin cəzasız hərəkət etməsinə icazə verə bilməz: "Ukraynalıların digər tərəfdaşlarla koordinasiya olmadan heç vaxt hücum etmirlər".
Xatırladaq ki, noyabrın 22-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus dronlar Liviyanın Benqazi limanı yaxınlığında Rusiya gəmilərinə hücum edib.
Zelenski "Merkuri" korvetinin vurulduğunu təsdiqləyib və Rusiya Qara dəniz donanmasının ən yeni gəmilərindən birinin məhv edilməsinin videosunu yayımlayıb. Bu gəminin göyərtəsində Ka-27 çoxməqsədli helikopteri də olub.
SBU-nun məlumatına görə, əməliyyat yeddi dəniz dronu vasitəsilə həyata keçirilib.
Korvetdən əlavə, hərbi yük daşımaq üçün istifadə edilən Rusiyanın MV ANGARA quru yük gəmisi də hücuma məruz qalıb. Hücumdan sonra mediada bu əməliyyatın hazırlanmasında üçüncü ölkələrin iştirakı ilə bağlı məlumatlar yayılıb.