Mahir Emreli “Rakuv”un heyətində fərqlənsə də, komandası “Pyast”la oyunda məğlub olub.
Polşa çempionatının 16-cı turunda keçirilən qarşılaşma “Rakuv”un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
İlk hissədə iki cavabsız qol buraxan meydan sahibləri 59-cu dəqiqədə Emreli sayəsində fərqi azaldıblar. Lakin qalan vaxtda hesabı bərabərləşdirə bilməyiblər.
Start heyətində meydana çıxan 29 yaşlı hücumçu 77-ci dəqiqədə əvəzlənib.
Bu, Emrelinin “Rakuv”un heyətində bütün turnirlərdə 7-ci qolu olub.
"Rakuv" 15 xalla 13-cü pillədə qərarlaşıb.