Quba rayonunda suvarma kanalına düşərək itdiyi ehtimal olunan gəncin axtarışları hələlik nəticə verməyib.
Sfera.az bildirir ki, axtarış tədbirləri zamanı suyu dayandırılan kanala yenidən suyun verilməsinə başlanılıb.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradovun axtarışlarının asanlaşdırılması məqsədilə suvarma kanalına suyun verilməsi müvəqqəti dayandırılmışdı.
Lakin aparılan axtarışlar heç bir nəticə vermədiyindən kanala yenidən su buraxılıb./oxu.az