Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının Sənadakı istehsalat obyektlərinə zərbələr endirib.

"Report"a istinadən, zərbələrin görüntülərini koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki "X" sosial şəbəkəsində paylaşıb.

Məlumata görə, əməliyyat noyabrın 26-da keçirilib.

Kadrlarda sənaye kompleksi ərazisindəki bir neçə obyektin vurulması, eləcə də sonrakı partlayışlar və qara tüstü görünür.

Dəymiş ziyanın miqyası və zərərsizləşdirilən üsyançılar barədə məlumat yoxdur.