Sadıqov Verniduba barmaq silkələdi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi” ilə matçdan (0-1) sonra rəqib komandanın baş məşqçisi Yuri Vernidub ilə qısa söhbət edib.

Qol.az-a istinadən, bu zaman Sadıqovun əsəbi reaksiyası diqqət çəkib.

Matçdan sonra R.Sadıqov məsələ ilə bağlı açıqlamasında qeyd edib:

“Barmaqla bağlı epizodu xatırlamıram. Ona dedim ki, özünüzə həddindən artıq yersiz danışmağa imkan verirsiniz. Siz “Neftçi”dəsiniz, bu kluba hörmətimə görə heç nə demirəm. Amma düşünməyin ki, deməyə sözüm yoxdur. Ötən oyunda da çox yersiz danışmışdı. Amma “Neftçi”yə hörmətimizə görə susuruq. Bəzi açıqlamaları və sözləri ona yaraşmır. Fasilədə də yanımdan keçərkən çox danışırdı. Nəsə desəydim, cavab verəcəkdi ki, sözləri mənə ünvanlamayıb. Halbuki məndən iki metr aralı keçirdi. Ona dedim ki, susmağımın səbəbi var: siz “Neftçi”dəsiniz və biz bu klubda çalışan hər kəsə hörmətlə yanaşacağıq”.