“Mançester Yunayted” kapitanı Bruno Fernandeşlə müqavilənin müddətini artırıb.
Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
32 yaşlı portuqaliyalı yarımmüdafiəçinin sözləşməsindəki xüsusi bənddən istifadə edən klub onunla əməkdaşlığı 2028-ci ilin iyununa qədər uzadıb. Əvvəlki müqavilə 2027-ci ilin yayında başa çatmalı idi.
Bununla belə, yeni müqavilə Fernandeşin gələn mövsüm də komandada qalacağına zəmanət vermir. “Mançester Yunayted” bu addımla futbolçunun mümkün transferindən maliyyə baxımından qazanc əldə etməyi təmin etmək istəyir.
Portuqaliyalı futbolçuya Avropa və Səudiyyə Ərəbistanı klublarının maraq göstərdiyi bildirilir. İngiltərə təmsilçisi artıq onun mümkün əvəzləyicilərinin siyahısını da hazırlayıb. Namizədlər arasında daha əvvəl “Komo”nun yarımmüdafiəçisi Niko Pasın da adı çəkilib.
Fernandeş cari mövsümdə “Mançester Yunayted”in heyətində 16 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.