Baltikyanı ölkə ilə Rusiya arasında mümkün müharibə halında ABŞ Estoniyaya kömək etməyəcək. Kolumbiya Universitetinin professoru Ceffri Saks "The Times of India" qəzetinə verdiyi müsahibədə perspektivləri qiymətləndirib."Niyə belə kiçik bir ölkə (...) qonşu nəhənginə - nüvə supergücünə - sanki onu məğlub edə bilərmiş kimi hürür? Çünki o, ABŞ-ın ona kömək edəcəyini düşünür. Amma onlar bunu etməyəcəklər. Estoniya bunu başa düşməlidir", - Saks deyib.Onun sözlərinə görə, amerikalıların xəritədə Estoniyanı tapması ehtimalı azdır və onun üzərində nüvə müharibəsi riski qoymayacaqlar.Daha əvvəl Estoniya Rusiya ilə sərhədini bağlamağın nəticələri barədə xəbərdarlıq etmişdi. Nəzarət məntəqələrinin əməliyyatlarına qoyulan məhdudiyyətlər Narvada sərhəd bizneslərinin məhv olmasına səbəb ola bilər.Nigar