Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah İstanbulda Yunanıstan Prezidenti Konstantinos Tasulas ilə görüşəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat yayıb.
Görüş Dolmabahça sarayında keçiriləcək.
Tasulas Patriarx Varfolomeyin dəvəti ilə Müqəddəs Endryu gününə həsr olunmuş mərasimdə iştirak etmək üçün İstanbula səfər edəcək.
Yunanıstan mətbuatının yazdığına görə, səfər çərçivəsində Tasulasın Sismanoqlio mədəniyyət mərkəzində sərginin açılışında iştirakı və İstanbuldakı yunan icmasının nümayəndələri ilə görüşü nəzərdə tutulur. Görüşdə Yunanıstan xarici işlər nazirinin müavini Aleksandra Papadopulunun da iştirak edəcəyi bildirilir.