Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımaları 15 milyon 613,1 min ton təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 705,5 min ton və ya 12,3 % çoxdur.
2026-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 205 milyon 52,9 min ton yük daşıyıb. Azərbaycanda ümumi yük daşımaların 7,6 %-i dəmir yolunun payına düşüb.
Hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı sektorunda 14 milyard 288,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,2 % çox gəlir əldə edilib.