Azərbaycanda əhalinin sayı 2026-cı il oktyabrın 1-i vəziyyətinə 10 282 825 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 20474 nəfər və ya 0,2 faiz artıb.
Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
2026-cı il oktyabr ayının əvvəlinə əhalinin 22,9 faizi Bakı, 4,6 faizi Naxçıvan, 9,3 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi QazaxTovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.