2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 31 min 085 nikah qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 247 nikah və ya 14,4% azdır. 2025-ci ilin ilk doqquz ayında ölkədə 36 min 332 nikah bağlanmışdı.
Dövlət Statistika Komitəsinə istinadən, əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı 4,7-dən 4,0-a enib.
Hesabat dövründə boşanmaların sayı da azalıb. İlk doqquz ayda 15 min 30 boşanma qeydə alınıb. Ötən ilin eyni dövründə bu göstərici 15 min 480 olub. Beləliklə, boşanmaların sayı 450 və ya 2,9% azalıb, hər 1 000 nəfərə düşən boşanmaların sayı isə 2,0 səviyyəsində qalıb.