Bu il 2 mindən çox əkiz, 75 üçəm doğulub

Azərbaycanda bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64 043 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,4-dən 8,3-ə düşüb.

Doğulan körpələrin 53,2 faizi oğlan uşaqları, 46,8 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 2126-sı əkiz, 75-i isə üçəmdir.

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (10,7), Lənkəran-Astara (10,2), Qarabağ (10,1), Şərqi Zəngəzur (10,0), Quba-Xaçmaz və Mil-Muğan (9,5), Qazax-Tovuz (9,2),

Mərkəzi Aran və Şirvan-Salyan (9,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,3) yüksək olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə 44 919 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.