Türkiyə: şəhər bələdiyyələrinin bölgüsü bir daha yeniləndi…

Türkiyədə şəhər bələdiyyələrinin bölgüsü bir daha yenilənib.

Hazırda 81 şəhərin 31-də bələdiyyə başçısı postunu hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri tutur.

Yeni Partiyanın üzvləri 20 şəhərdə bələdiyyə başçısıdır.

Milliyyətçi Hərəkat Partiyası 8 şəhərdə bələdiyyə başçısı postuna sahibdir.

Cümhuriyyət Xalq Partiyası 5, Xalqların Bərabərlik və Demokratiya Partiyası 4 şəhəri, Böyük Birlik Partiyası və Yenidən Rifah Partiyası hərəyə 1 şəhəri idarə edir.

6 şəhər bələdiyyəsi qəyyum başçıların əlindədir, 5 şəhərə partiyasız bələdiyyə başçıları yön verir.

Bələdiyyələrin mənzərəsi son yerli seçkilərin keçirildiyi 2024-cü ildən bəri inzibati aşırılmalar, partiyalardan ayrılmalar hesabına müntəzəm dəyişir. Hesablamaya görə, 31 mart 2024-cü il seçkilərindən 19 noyabr 2026-cı ilə qədər hakim partiya 117 bələdiyyəni transferlərlə ələ keçirib.