Rusiyanın ötən gecədən başlayaraq Ukraynaya 400-dən çox zərbə PUA-sı və 110-dan artıq raketlə hücumu nəticəsində azı 8 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın çoxsaylı şəhər və regionlarını hədəfə alıb. Hücumlar əsasən enerji obyektlərinə, logistika infrastrukturuna, Dnepr çayı üzərindəki körpülərə, dəmir yolu obyektlərinə, elektrik yarımstansiyalarına və enerji xətlərinə yönəlib.
Zelenski qeyd edib ki, Rusiya hücum zamanı kasetli döyüş başlıqlarına malik raketlərdən də istifadə edib. Onun sözlərinə görə, bu, ən genişmiqyaslı hücumlardan biri olub.