Lavrov: Qərbdə şeytani dəyərlər yayılır

Qərbdə şeytani dəyərlər yayılır və orada yaşayan insanlar övladlarını belə bir sistemdə böyütmək istəmirlər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva və Bütün Rusiyanın Patriarxı, Müqəddəs Kirillin 80 illik yubileyi münasibətilə "Spas" televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Qərbin köklərindən qopması, şeytani dəyərlərin həyatda, mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda yayılması normal, sağlam düşüncəli insanları narahat edir. Onlar həyatlarını bu dəyərlərə həsr etmək, uşaqlarını belə mühitdə böyütmək istəmirlər", - Lavrov qeyd edib.