Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Çində apardığı məsləhətləşmələr barədə məlumatlandırılıb.
Bu barədə ABŞ liderinin kürəkəni Cared Kuşner özünün "X" sosial şəbəkə hesabında yazıb.
"ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və mən bu gün Kansler Merts, eləcə də onun təhlükəsizlik məsələləri üzrə müşaviri Günter Zautterlə çox məhsuldar görüş keçirdik. Onlara Prezident Trampın Çindəki məsləhətləşmələri və Ukraynada ədalətli, davamlı və uzunmüddətli sülhün təmin olunmasına yönəlmiş son səylər barədə məlumat verdik", – deyə C.Kuşner qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Donald Tramp Şençjendə keçirilən APEC sammiti çərçivəsində üçtərəfli görüş keçiriblər. Bu tərkibdə görüş tarixdə ilk dəfə baş tutub.