Lionel Messinin formasını geyindiyi “İnter Mayami” ardıcıl ikinci dəfə MLS Kubokunu qazanmağa çalışacaq.
ABŞ mətbuatının diqqətində olan argentinalı futbolçu komandasının əsas lideridir. “İnter Mayami” 2026-cı il mövsümünün Şərq Konfransını ikinci pillədə başa vurub.
Komanda noyabrın 21-də “Kolambus Kru” ilə pley-off mərhələsində qarşılaşacaq.
Qeyd edək ki, Messi bu mövsüm 26 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb. O, ardıcıl üçüncü dəfə MLS-in ən yaxşı futbolçusu seçilməyə də namizəddir.